1 Avqust 2014 10:35
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın tez-tez atəşkəs rejimini pozması onun təcavüzkarlığını, qonşu Azərbaycanla yola getməyə, eləcə də, dinc yanaşı yaşamağa hazır olmadığını göstərir". Bunu Milli Məclisin deputatı, tarixçi-professor Musa Qasımlı son günlər cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi pozmasına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, işğalçı ölkə bununla bir daha təsdiq edir ki, Ermənistan xarici siyasətində daha çox ərazi işğallarını həyata keçirməyə çalışır.

Azərbaycanlıların ermənilərə girov düşməsinə və işğalçı ölkənin bundan öz xeyrinə yararlanmasına gəldikdə isə M.Qasımlı deyib ki, azərbaycanlıların öz valideynlərinin dəfn olunduğu yerə baş çəkmələri normal haldır:

"Bu, sırf humanitar məsələdir. Əgər Ermənistan kiçik bir humanitar məsələni bu səviyyəyə qaldırırsa, deməli, işğalçı ölkə heç bir zaman bu təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə hazır deyil".

Səxavət


Müəllif:

Oxşar xəbərlər