Almaniyada bələdiyyə sədrini dönər bıçağı ilə yaralayıblar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Altena şəhərində baş verib.
Şəhərin bələdiyyə sədri Andreal Hollstein dönər satılan əraziyə gəlib. Bu zaman bir nəfər yaxınlaşaraq 30 santimetrlik dönər bıçağı ilə onu vurmağa başlayıb. Bələdiyyə sədri boynundan yaralanıb. Hadisəyə müdaxilə edən və tərəfləri aralamağa çalışan bir nəfər də xəsarət alıb.
Bələdiyyə sədrinə hücum çəkən şəxs Almaniya vətəndaşıdır, hadisə zamanı sərxoş imiş. O, hücumdan əvvəl Andreal Hollsteini təhqir edib.
Qeyd edək ki, Andreal Hollstein bu ilin mayında Almaniya kansleri Angela Merkel tərəfindən qaçqınlarla bağlı fəaliyyətinə görə mükafatlandırmışdı.
O, 18 min əhalisi olan Altena şəhərində immiqrantlarla bağlı önəmli addımları ilə tanınıb.