Bakının Yasamal rayonunda mənzildən kişi meyiti tapılıb.
1980-ci il təvəllüdlü Zeynalov Kamal Oqtay oğlunun meyiti Şərifzadə küçəsində yerləşən binalardan birində tək yaşadığı mənzildə aşkar edilib.
Onun üz nahiyəsində xəsarət izləri olub. İlkin ehtimala görə, mərhum sərxoş vəziyyətdə olarkən yıxılıb və ölüb.
Fakt Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırılır. Ölümün səbəblərini araşdırmaq üçün ekspertiza aparılır./Report/