1 Avqust 2014 11:34
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

G7 ölkələri Dünya Bankının Rusiyada yeni layihələrin maliyyələşdirilməsinə qarşı çıxacaq.


Məlumata görə, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Bununla bağlı qərar G7 ölkələrinin maliyyə nazirlərinin ötən həftə keçirilən telefon konfransında qəbul olunub.

Hazırda Dünya Bankı Rusiyada 1.34 milyard dollarlıq layihənin həyata keçirməyə hazırlaşır. Daha 10 layihə isə həyata keçirilmək üzrədir.

Agentlik bildirib ki, G7 ölkələri Dünya Bankında 40 faizlik səsə malikdirlər və bankın direktorlar şurasının qəbul etdiyi bütün qərarları ləğv edə bilərlər.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər