Ağsu rayonunda 3 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb:
Məlumatlara görə, zəlzələ yerli vaxtla 04:11-də Pirquludan 7 km qərbdə Ağsu ərazisində qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.