1 Dekabr 2017 11:17
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Kənd Təsərrüfatı Universitetinə silahlı hücum olub.

Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, Peşavar şəhərində yerləşən universitet binasına 3 silahlı daxil olub.

Hücum zamanı azı 9 nəfər həlak olub, 37 nəfər yaralanıb. Silahlılarla polislər arasında qarşıdurma baş verib.

Hücuma görə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.


Müəllif: Samir