1 Avqust 2014 13:02
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son günlər hiss olunur ki, cəbhə xəttində gərginlik var və atəşkəs tez-tez pozulur”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib. Onun sözlərinə görə, atəşkəs rejimi əvvəllər 20-30 dəfə pozulurdu, artıq indi bəzən yüzü də keçir:

“Atəşkəsin pozulması nəticəsində ölənlər var və ermənilər tərəfindən müxtəlif ziddiyyətli məlumatlar verilir. Onlar son olaraq, guya Azərbaycanın diversiya qrupunun hücuma keçməsi və onların qarşısının alınması ilə bağlı məlumatlar yayırlar. Bunlar onu göstərir ki, cəbhə xəttində müəyyən hadisələr baş verir və bu hadisələrin müharibəyə çevrilmək ehtimalından danışılır. Biz istəyərdik və həmişə onun tərəfdarı olmuşuq ki, hərbi əməliyyatlar başlasın. Çünki torpaqlarımızın işğaldan azad olunmasının başqa yolu yoxdur. Torpaqlarımız ancaq hərbi əməliyyatlarla işğaldan azad oluna bilər. Ona görə də hesab edirəm ki, cəbhə xəttində ermənilərin bu cür hərəkətləri, atəşkəsin tez-tez pozulması, eyni zamanda azərbaycanlıların Kəlbəcərdə girov götürülməsi və digər məsələlər kifayət qədər əsas verir ki, Azərbaycan hərbi əməliyyatları başlasın. Biz istəyərdik belə olsun. Amma belə kiçik lokal hadisələrdən müharibə fazasına keçirilməsi üçün zəmin görmürük. Mənim mövqeyim belədir”.

BƏXTİYAR


Müəllif: