ABŞ-da həbsdə olan Cənubi azərbaycanlı iş adamı Rza Zərrabın ailəsi Türkiyəni tərk edərək, İrana gedib.
Teleqraf.com xəbər verir ki, bu məlumatı Türkiyənin “Milliyət” qəzetinin yazarı Sərpil Çevikcan verib.
O bildirib ki, Zərrabın anası Şəbnəm və atası Hüseyn bu ilin sentyabrında, qardaşı Məhəmməd isə oktyabrda Türkiyədən İrana keçib:
“Bu o deməkdir ki, Zərrab etiraf etməyi əvvəlcədən planlayıb və bunun üçün ailəsinə xəbərdarlıq edib”.
Qeyd edək ki, Zərrab ABŞ prokurorluğu ilə əməkdaşlığa və olanları etiraf etməyə razılaşıb.