4 Dekabr 2017 21:09
2 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur hind aktyoru və rejissor Şaşi Kapur vəfat edib.

Teleqraf.com xəbər verir ki, Ş.Kapur uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

Ş.Kapur ən məşhur Bollivud filmlərində müxtəlif obrazlar yaradıb. O, “Məhəbbət böyük qüvvədir”, “Siddhatra”, “Cənab Şekspir”, “Divar”, "Qeyri-adi sәadәt" və s. filmlərlə böyük uğur qazanıb.

Qeyd edək ki, Ş. Kapur 1938-ci il martın 18-də anadan olub. Karyerası 1941-1999-cu illəri əhatə edib.


Müəllif: Teleqraf.com