Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib. Canavarlar 8 baş xırda buynuzlu heyvanı tələf edib, 3 baş heyvanı isə yaralayıb.
Teleqraf.com xəbər verir ki, hadisə gecə saatlarında Kürdəmir rayonunun Qarasaqqallı kəndində baş verib.
Kənd sakini Məhəmməd Əliyevin fərdi təsərrüfatına hücum edən vəhşi heyvanlar 8 baş xırda buynuzlu heyvanı tələf edib.
Təsərrüfat sahibi deyir ki, vəhşi heyvanlar kənddə təsərrüfatlara soxulsalar da, onun həyətinə birinci dəfə hücum ediblər.
Hadisə yerinə cəlb olunan baytarlıq idarəsinin əməkdaşları yaralı heyvanları vaksinasiya edib, ölən heyvanlar isə aidiyyəti üzrə basdırılıb. (xəzər tv)