5 Dekabr 2017 12:27
1 101

Abşeron rayonu Masazır qəsəbəsində baltalanan 42 yaşlı qadın xəstəxanada ölüb.

Teleqraf.com xəbər verir ki, dekabrın 4-də 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyev 1975-ci il təvəllüdlü bibisi Yeganə İmamverdiyevaya balta ilə xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

Bu səbəbdən Abşeron rayon Prokurorluğunda başlanan Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Vüsal Şıxəliyev tutulub. O, ifadəsində hadisəni Yeganə İmamverdiyevanın oğlu, 1999-cu il təvəllüdlü Kamillə birgə törətdiyini bildirib.

Vüsal Şıxəliyev istintaqa verdiyi ifadəsində hadisəni qisqanclıq zəminində törətdiyini bildirib.

Qeyd olunub ki, Yeganə İmanverdiyeva evdə olan 500 manatdan çox pulunu başqa bir kişiyə verib. Bundan xəbər tutan Vüsal bibisi ilə mübahisə edib. Mübahisə sonda qanlı olayla nəticələnib.


Müəllif: Hacı Zeynalov