6 Dekabr 2017 13:41
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

On beş ildir Londonda yaşayan 44 yaşlı Süleyman Yalçın ad-soyadlı türk Londonda polis avtomobili ilə vurularaq öldürülüb.

Teleqraf.com xəbər verir ki, olayı türk mediası müəmmalı ölüm kimi təqdim edib.

Hadisə bazar günü axşam saatlarında baş verib. Süleyman Yalçına ilk yardımı polislər göstərib, daha sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Süleyman Yalçın anasının dəvəti ilə axşam yeməyi üçün onlara gedirmiş. Onu polis maşını avtobusdan düşərkən vurub.

Süleyman Yalçının qardaşı Şinası Yalçın deyib ki, qəza saat 18:45-də baş verib, qardaşı 19:20 vəfat edib: “Polis bu haqda saat 02:00-da bacıma xəbər verib. Əslində bizim məhəllə qəza yerindən 2 dəqiqəlik məsafədədir. Ancaq polis nədənsə bizə məlumatı gec çatdırıb. Biz polisdən şikayətçiyik”.


Müəllif: Cavad