Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.