Fələstin hökuməti ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib.
Teleqraf.com Ren TV-yə istinadla xəbər verir ki, Fələstinin hakim “Fəth” partiyasının nümayəndəsi Cabril Racib bildirib ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıması olub.
Qeyd edək ki, Pensin dekabrın ortalarında İsrail və Fələstinə səfəri planlaşdırılıb.