10 Dekabr 2017 13:34
450

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 60 kvadratmetr olan 3 otaqlı mənzilin hamamında tüstü bacasının ətrafı 3 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com