Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib:
"Hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”./Trend/