13 Dekabr 2017 12:09
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında İranda yenidən zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, maqnitudası 4,4 bal olan zəlzələnin episentri Kirman şəhərindən 37 kilometr şimalda yerləşib.

Bu arada, dünən baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində yaralıların sayı 55-ə çatıb. Bununla bağlı İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, maqnitudası 6,1 bal olan zəlzələnin episentri Kirman şəhərində, yerin 10 kilometr dərinliyində qeydə alınıb.


Müəllif: Samir

Oxşar xəbərlər