13 Dekabr 2017 16:30
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində baş verib.

Prospektdə hərəkət edən beton qarışdıran yük maşını "Toyota - Prado" və "Hyundai-Santafee" ilə toqquşub. Qəza nəticəsində Mətbuat prospektində böyük tıxac yaranıb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Yol polisləri prospektdə hərəkəti bərpa etməyə çalışır.

Qəzada minik avtomobillərinə ciddi ziyan dəyib./Trend/


Müəllif: Teleqraf.com