Türkiyənin İstanbul şəhərində Suriyadakı 55 əşirətin təmsilçiləri görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıda YPG/PYD qüvvələrinin Suriyada törətdikləri dəyərləndirilib.
Görüşün sonunda YPG/PYD silahlılarına qarşı “Milli ordu”nun qurulması ilə bağlı razılıq əldə edilib.
Aşirətlər arasında növbəti görüş dekabrın 25-də Samandağda keçiriləcək.