14 Dekabr 2017 22:35
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 4 uşaq ölüb, daha 19 nəfər yaralanıb.

Daha öncə 2 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilirdi.

Teleqraf.com xəbər verir ki, xəsarət alanlar arasında uşaqlar var. Hadisə Mila kommunasında baş verib.

Hadisə araşdırılır. İlkin ehtimala görə, qəza tənzimlənən keçiddə avtobusun bağlı şlaqbauma çırpılmasından sonra baş verib.


Müəllif: Teleqraf.com