14:13
Moskva məhkəməsi Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi ona qarşı irəli sürülən ittihamla tam təqsirli bilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmə Ulyukayevin həbsi ilə bağlı qərarı bu gün açıqlayacaq.
Müstəntiq sabiq nazirə 10 il həbs və 500 milyon rubl (14,4 milyon AZN) pul cəzası istəyib.
Qeyd edək ki, Ulyukayev 2 milyon dollar rüşvət almaqda ittiham olunur.
***
Moskva məhkəməsi Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ilə bağlı qərarını açıqlayıb.
Qərara əsasən, Ulyukayev 8 il müddətinə sərt rejimli olmaqla azadlıqdan məhrum edilib. Bundan başqa o, 2 milyon dollar təzminat ödəməli olacaq.