Bakıda gəlin toy günü dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova bildirib.
Onun sözlərinə görə, hadisə dekabr ayında qeydə alınıb: "Xəstə gecə saatlarında təcili yardımla toksikoloji mərkəzin qəbul şöbəsinə gətirilib. Dəm qazından zəhərlənmə ilə gələn xəstə komada olub. Həkimlərin səyləri nəticəsində xəstəni vəziyyətdən çıxarmaq mümkün olub.
Xatırladım ki, həmin xanımın səhəri gün toyu olacaqdı. Hadisə hamamda yuyunan zaman qaz sızması nəticəsində baş verib. Gecə xəstəxanada qalan qız səhər xəstəxanadan toyuna gedib".