15 Dekabr 2017 15:58
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya polisi Sankt Peterburqda planlaşdırılan terror aktının qarşısını alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumatda bildirilib ki, terakt dekabrın 16-na planlaşdırıldırılmışdı:

“Terrorçu-kamikadze şəhərdə insanların sıx olduğu yerdə özünü partlatmağı planlaşdırıb. Əməliyyat zamanı 7 nəfər saxlanılıb. Araşdırmalar zamanı onların İŞİD terror təşkilatı ilə əlaqələri müəyyən edilib. Evdə aparılan axtarış zamanı çox sayda partlayıcı maddə hazırlamaq üçün ləvazimatlar, silahlar və dini kitablar aşkar edilib”.


Müəllif: Samir

Oxşar xəbərlər