Milli Məclisdə Seçki Məcəlləsi müzakirə edilərkən millət vəkili Zahid Oruc bir sıra dəyişikliklərə etiraz edib.
Teleqraf.com-un xəbərinə görə, millət vəkili parlamentin İntizam Komissiyası üzvlərinin adi seçki qaydası ilə seçildiyini qeyd edərək, onların deputatlar haqqında qərar verməsinin doğru olmadığını deyib.
Zahid Oruc həmçinin deyib ki, İntizam Komissiyasının üzvləri bu fəaliyyətlə bağlı xüsusi ixtisas keçməyiblər.
Z.Orucun səsləndirdiyi fikirlərə spiker Oqtay Əsədov reaksiya verib:
“Sən niyə narahat çıxış edirsən, bilmirəm. Siz referendumda iştirak etmisinizmi, səs vermisinizmi? İndi də buna uyğun olaraq Seçki Məcəlləsinə dəyişikliklər edilir”.