Ölkədə bu il 237 nəfər sirkə turşusundan zəhərlənib.
Teleqraf.com-un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Toksikologiya şöbəsi müdirinin sözlərinə görə, bu il həmin diaqnozla Kliniki Tibbi Mərkəzə daxil olanlardan 1 nəfər ölüb.
A.Maqsudov deyib: "Ötən il isə sirkə turşusundan zəhərlənmədən 254 nəfər daxil olmuşdu. Onlardan 3 nəfər ölüb".