Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu gənclərdən narazı qalıb. Bu haqda partiya sədrinin özü bildirib. Onun dediklərindən belə məlum olub ki, bir neçə gün əvvəl Bakıda olduğu zaman gənclərin öz aralarında etdiyi danışıqlara qulaq qonaqlığı edib.
Və aparılan söhbət onu razı salmayıb. Çünki gənclər heç də xoş söhbətlər etmirmişlər. Partiya sədri gənclərin bu söhbətindən sonra hətta Mirzə Cəlilə və Mirzə Ələkbər Sabirə rəhmət oxuduğunu da xüsusilə vurğulayıb.
Xatırladaq ki, Turabxanoğlu özünü qatı millətçi sayır, vaxtilə prezident seçkilərində namizədliyini irəli sürüb. Ancaq hazırda onun partiyasının fəaliyyəti yoxdur.
Nemət