Azərbaycan Liberal Partiyası iki aydan sonra sükutu pozub.
Ötən gün adı çəkilən partiya həbs edilən Leyla Yunusla bağlı bəyanat verib. Buna qədər isə partiyanın fəaliyyəti gözə çarpmayıb. Ancaq əldə etdiyimiz xəbərə görə, Liberal Partiya bəyanat qəbul etsə də, bəyanatın mətbuatda işıqlandırılmamasından narazı qalıb.
Partiya bunu özünə qarşı ayrıseçkilik kimi qiymətləndirib. İş o həddə çatıb ki, bəyanat verdiklərini sübut etmək üçün Əvəz Temirxanın özü sosial şəbəkələrdə təbliğat aparıb.
Xatırladaq ki, hazırda Liberal Partiya heç bir siyasi qurumla əməkdaşlıq etmir və hesab edir ki, müxalifət düşərgəsinin bir araya gəlməsinin perspektivi yoxdur. Çünki müxalifət hər dəfə bir araya gələndə daha ciddi şəkildə parçalanır.
Nemət