17 Dekabr 2017 15:02
613

Bakı metrosunda cibgirlik edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, metropolitendə polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 120 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Seyfəddin Mustafayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov