Türkiyənin sabiq baş naziri Məsud Yılmazın iki gün öncə intihar etmiş 38 yaşlı oğlu Yavuz Yılmazın dəfn mərasimi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın CHP lideri Kamal Kılıcdaroğlu ilə görüşməməsi diqqətdən yayınmayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan sabiq baş nazir Əhməd Davudoğlunun əlini sıxıb, onun yanında dayanan Kılıcdaroğluna isə başını yelləyərək, salam verib.
Qeyd edək ki, Ərdoğan ilə Kılıcdaroğlu arasında münasibətlər son vaxtlar daha da gərginləşib. Kılıcdaroğlu Ərdoğanı və ailəsini korrupsiyada ittiham edib, onlara qarşı əlində sübutların olduğunu bildirib. Ərdoğan isə bu iddiaları yalan adlandırıb və Kılıcdaroğlunu məhkəməyə verib.