18 Dekabr 2017 21:04
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lider TV-də yayımlanan “Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub.

D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.

O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin “gop” olduğunu deyib.

D. Əzimli isə onun bu ifadəni işlətməsinin “ayıb” olduğunu dilə gətirib.

Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.

D. Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və “savadsız” adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər