20 Dekabr 2017 11:31
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda əsassız şəkildə İsrailə casusluq etməkdə günahlandırılan azərbaycanlı araşdırmaçı alim Əhmədrza Cəlali televiziyada yayılan etiraflarının etibarsız olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı alim bununla bağlı BBC-yə müsahibə verib. O, səs yazısının özünə aid olduğunu və həmin fikirləri təzyiqlər altında səsləndirdiyini deyib.

O, İran televiziyasında yayılan video ilə bağlı danışarkən etirafların azadlığa buraxılma vədi ilə alındığını qeyd edib.

Tehran və Şiraz Universitetlərinin dəvəti ilə İrana səfər edən Ə.Cəlali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O İran kəşfiyyatının uydurduğu saxta ittihamla edam cəzasına məhkum edilib.


Müəllif: Samir

Oxşar xəbərlər