Türkiyə polisi İstanbul və Ankarada geniş anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı İstanbulda 59, Ankarada 51 nəfər saxlanılıb.
Onlara qarşı Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə cinayət işi başlanıb.
Ankarada saxlanılanların hamısı FETÖ məktəblərinin müəllimləridir.