3 Avqust 2014 11:32
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya təbrik məktubu göndərib.

Teleqraf.com-un məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident!

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Biz Azərbaycanla Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq duyuruq. Bu gün qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal əməkdaşlığımız münasibətlərimizə strateji tərəfdaşlıq xarakteri verib. Bu münasibətlərin davamlı və ardıcıl inkişafında Sizin xidmətləriniz böyükdür.

Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.


Müəllif:

Oxşar xəbərlər