22 Dekabr 2017 21:47
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekində parkda pələngin parçalayaraq öldürdüyü qadının qızı məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, pələng öncə qıza hücum edib. Anası maşından düşərək qızını müdafiə etməyə çalışıb. Bu zaman yırtıcı ananı parçalayaraq öldürüb, qızı isə şikəst edib.

Hazırda əlil olmuş qız safari-parkın rəhbərliyindən 14 milyon dollar təzminat tələb edir.

Yayılan videogörüntülərdə pələngin qıza necə hücum etdiyi təsvir olunur.

Məlumata görə, ana və qızı nəqliyyat qaydalarını pozaraq maşından yerə düşüblər, qəzəblənmiş pələng isə onlara hücum edib.


Müəllif: Teleqraf.com