Rusiyanın Kamçatka bölgəsində ardıcıl 3 yeraltı təkan qeydə alınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında baş verən yeraltı təkanların maqnitudası 5.1, 5.4 və 6.4 bal gücündə olub.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 161 kilometr aralıda yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.