Pələng hücumuna məruz qalan iki qadından biri ölüb, digəri ağır yaralanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Çinin paytaxtı Pekindəki parklarında, maşından enərək sürücü qoltuğundakı adamla mübahisə edən qadın, arxasından gələn pələngin hücumuna məruz qalıb. Pekindəki Badalinq parkında ziyarətçilərə şəxsi nəqliyyat vasitələri ilə gəzməyə icazə verilir, ancaq onların maşından enməyi tövsiyə edilmir.