Tropik fırtınadan sonra torpaq sürüşməsi nəticəsində 180 nəfərin həyatını itirdiyi Flippin bu dəfə yanğınla sarsılıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Davaodaki bir alış-veriş mərkəzində yanğında 37 adam ölüb.
Şəhərin ən böyük alış-veriş mərkəzlərindən biri olan NCCC Davao Alver Mərkəzinin üçüncü mərtəbəsində çıxan yanğın tezliklə binanın böyük bir hissəsinə yayılıb. Davao bələdiyyəsi axtarış-xilasetmə işlərinin davam etdiyini və qalan 37 adamın sağ qalmasının mümkün olmadığını açıqlayıb.