12:09
İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu qəzaya düşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəza Qarsda baş verib. Hadisə nəticəsində 30 nəfər yaralanıb. Yaralıların çoxunun Naxçıvan Muxtar Respublikasının vətəndaşları olduğu deyilir.
Xəsarət alanlar Qars və Sarıqamış əyalətindəki xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qarsda sərnişin avtobusunun qəzaya uğraması zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən azərbaycanlıların vəziyyəti yaxşıdır.
Bu barədə Trend-ə Sarıqamış dövlət xəstəxanasından bildiriblər.
Qeyd olunub ki, xəstəxanaya yerləşdirilən 28 azərbaycanlı yüngül xəsarət alıb: "Qəza nəticəsində avtobus şüşələrinin qırıntısı onların əksəriyyətinin üz nahiyəsinə yüngül kəsik xəsarəti yetirib".
Qars dövlət xəstəxanasından isə deyilib ki, Qarsda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlıların həyatı üçün hər hansı təhlükə yoxdur.
Xəstəxanaya ümumilikdə neçə yaralının yerləşdirildiyi bildirilməsə də, ambulator yardımdan sonra 4 nəfərin buraxıldığı deyilib.
Qeyd edək ki, Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb. Qəza nəticəsində 30 nəfər xəsarət alıb.