Rusiyanın paytaxtı Moskvadan Kalininqrada uçan təyyarədə iki sərnişinin iyli corab üstündə davası qanla nəticələnib.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, təyyarədə 54 və 31 yaşlı iki sərnişin arasında iyli corab üstündə mübahisə düşüb. Yol boyu davam edən mübahisə sonda davayla yekunlaşıb və sərnişinlərdən biri bıçaqla ağır yaralanıb. Kalininqrad polisinin yaydığı məlumata görə, 54 yaşlı sərnişin bədənə ağır xəsarət yetirmə maddəsi ilə saxlanılıb. Onu 10 ilə qədər həbs cəzası gözləndiyi bildirilir.