Rusiyanın Ufa şəhərində müəllimə məktəbdə erkən doğum edib.
Teleqraf.com RİA-Novosti-yə istinadla xəbər verir ki, qəflətən sancısı tutan müəllim doğum evinə gedə bilməyib. Məktəbdə doğuş həyata keçirən qadın yeni körpəni çantasına qoyaraq gizlədib. Başqırdıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaq tələf olub. Müstəntiqlər hadisənin təfərrüatını araşdırır.