26 Dekabr 2017 02:03
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:44

Şamaxı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, yanğın 00:00 radələrində başlayıb.

Məlumata əsasən, rayonun Şəhriyar qəsəbəsində 1 evdə başlayan yanğın qısa müddət ərzində qonşu evlərə keçib.

Hadisə yerinə Şamaxı, Qobustan və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 5 ədəd texnika və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

***

01:26

Şamaxıda yaşayış evində baş verən yanğın məhdudlaşdırılıb.

Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub. Yanğın saat 00:20-də məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

***

Şamaxıda yaşayış evində baş verən yanğın söndürülüb.

Məlumata görə, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində fərdi yaşayış evində başlamış yanğın yanğın bölmələri tərəfindən söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur. Əlavə məlumat veriləcək.​


Müəllif: Teleqraf.com