26 Dekabr 2017 17:19
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:10

Azərbaycanın keçmiş mudafiə naziri Rəhim Qaziyev dekabrın 25-də günorta saatlarında Bakıda Nəriman Nərimanov metrostansiyasının qarşısındakı parkda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev dekabrın 25-də bildirib:

“Bu gün Bakı vaxtı ilə saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlanıldığını bildirdilər, dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanılır. İndi 17-ci Polis Bölməsinin qarşısındayam. Növbətçi hissədən qardaşımın burada saxlanıldığını təsdiq etdilər və dekabrın 26-da səhər saat 10-da gəlməyimi məsləhət gördülər”.

Rahab Qazıyev qardaşı Rəhim Qazıyevin saxlanılmasının səbəbləri ilə bağlı məlumat verilmədiyini bildirib.

Hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

**

Sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbs edilməsi barədə məhkəmə qərarı açıqlanıb.

Məhkəmə ona 10 gün müddətinə inzibati həbs cəzası verib.

Rəhim Qazıyev Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb.

Ona qarşı hansı ittihamın irəli sürüldüyü məlum deyil.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər