İranın paytaxtı Tehranda zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatı Tehran Rəsədxanası və Zəlzələlərin Araşdırılması İnstitutu yayıb.
Zəlzələnin episentri Elborz əyalətinin Eştehard rayonundadır.
Məlumatlara görə, 05:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2 bal olub.
Dağıntı və tələfat qeydə alınmayıb.