Pakistan və Hindistan arasında gərginlik artıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hind əsgərlər Pakistanın nəzarətindəki Azad Kəşmir rayonunun Rukh Çakri bölgəsini atəşə tutublar.
Bununla bağlı Pakistan tərəfi məlumat yayıb. Hadisə zamanı 3 pakistanlı əsgər həlak olub, biri isə yaralanıb.
Cavab atəşi nəticəsində azı 4 hind əsgəri ölüb.