3 Avqust 2014 22:09
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan son günlərdə Ermənistan-Azərbaycan sərhəddində baş verən gərginliyə münasibətini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Gürcüstanın xarici işlər naziri Mayya Pandcikidze jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında yaranmış vəziyyətin təcili son qoyulmasına ümid edir: "Biz Azərbaycan və Ermənistan arasında baş verənləri böyük narahatlıqla izləyirik. Mən tamamilə əminəm ki, nə bizim regionumuza, nə də bütün dünyaya daha bir donu açılmış münaqişə lazım deyil. Buna görə mən əminəm ki, iki ölkənin liderləri ümumi dil tapacaq və münaqişəni sülh yoluna nizama sala biləcəklər".

Hərbçilərin həlak olmasına münasibət bildirən Pandcikidze hesab edir ki, bu ölümlərə son qoyulacaq: "Mən bildiyim qədər, artıq Azərbaycan və Ermənistan prezidentləri arasında görüş nəzərdə tutulub. Bu mənə ona ümid verir ki, münaqişə bitəcək".

Qeyd edək ki, rəsmi məlumatlara görə, iyulun 30-dan 31-nə keçən gecədən etibarən bu günədək Ermənistan Silahlı Qüvvələri ilə baş verən döyüşlərdə Azərbaycan Ordusunun 14 hərbi qulluqçusu şəhid olub.


Müəllif:

Oxşar xəbərlər