3 Avqust 2014 22:46
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar avqustun 3-də Azərbaycanda keçirilən səsvermədə 1000-ə yaxın Türkiyə vətəndaşı iştirak edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyini xəbər yayıb. Məlumata görə, vətəndaşların səsvermələri üçün Bakıda, Naxçıvanda və Gəncədə səsvermə məntəqələri yaradılıb.

Bakıda 838, Naxçıvanda 53, Gəncədə isə 56 Türkiyə vətəndaşı səs verib.

Səsvermə yerli vaxtda səhər saat 08:00-da başlayıb və 17:00-da başa çatıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq və Milliyətçi Hərəkat Partiyalarının namizədi isə İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğludur. -


Müəllif:

Oxşar xəbərlər