Bakının Sabunçu rayonunda 5 yaşlı uşağı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev müəyyən edilməmiş avtomobillə vurulub. Uşaq xəstəxanaya yerləşdirilib.
Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Hunday” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.