3 Avqust 2014 23:03
2 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər 71 itki verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən, iyulun 31-də şəhid olmuş gizir Almazov İsa Ziyad oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.

Teleqraf.com-un məlumatına görə, bu gün şəhidimizin üç mərasimi keçirilib. Şəhid gizirin medalını mərasimdə general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov onun oğluna təqdim edib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir İsa Almazov iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

R.Əkbərov bildirib ki, son günlər cəbhədə baş verən şiddətli atışma zamanı erməni ordusunun 71 əsgəri öldürülüb, 80-i isə yaralanıb: “Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib”. /qafqazinfo/


Müəllif:

Oxşar xəbərlər