Türkiyənin Qaziantəp şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.
Teleqraf.com xəbər verir ki, 5-i şagird olmaqla 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.
Futbol oynayan şagirdlərə atəş açan şəxs hadisə yerindən qaçıb. Onun kimliyi müəyyən edilib. Hazırda silahlının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Hadisənin başvermə səbəbi bilinmir.