İranın şərqində 5 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar saat 18.01 radələrində qeydə alınıb. Zəlzələnin episentri Kirman şəhərindən 46 kilometr uzaqlıqda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Xatırladaq ki, Tehran şəhərində ötən gün 4,2 bal gücündə zəlzələ olmuş, zərərçəkənlərin sayı 75 nəfərə yüksəlmişdi.